FƏXRİMİZ

Nəbiyev Mehman Məhərrəm oğlu 1970-ci ilin dekabrın 15-də Ermənistanın Amasıya rayonunda anadan olmuşdur. Orta məktəbi Amasıya rayonunda bitirdikdən sonra, Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir.

Mehman hərbi xidməti Viladivastokda, Borodino Hərbi Dəniz Donanmasında yerinə yetirdikdən sonra 1993-cü ildə vətənə qayıtmış və torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak etmişdir. O,  Fizuli və Ağdərə rayonlarının müdafiəsində vətənpərvər bir döyüşçü kimi ad qazanmış və sonuncu dəfə Ağdərənin Şelli kəndində gedən döyüşlərdə 1993-cü ildə itkin düşmüşdür. 

Nəbiyev Müşviq Məhərrəm oğlu 1974-cü il yanvarın 16-da  Ermənistanın Amasıya rayonunda anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə  Səbail rayonu  Bayıl qəsəbəsinə köçmüşdür.  X və XI sinfi 51 nömrəli tam orta məktəbdə oxumuşdur. 1991-ci ildə könüllü olaraq cəbhəyə yola düşmüşdür. Müşviq 1993-cü il iyunun 5-də, 19 yaşında Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur.  

1995-ci ildə Mehman və Müşviq Nəbiyevlərin adını əbədiləşdirmək üçün  51 nömrəli tam orta məktəbə onların adı verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi