Təbiəti birlikdə qoruyaq adlı aksiya təşkil olundu

   Məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 14.04.2025-ci il tarixli 3-29-59 /3-2-278F/2025 nömrəli əmri ilə təsdiq edilmiş "Suveren dövlətin ekoloji dəyərləri" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən məktəbin 2 "A" sinif rəhbəri Arzu Haqverdiyevanın təşəbbüsü ilə "Təbiəti birlikdə qoruyaq" adlı aksiya təşkil olundu.

Aksiya təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə təşkil olundu .Sinifdaxili aksiya zamanı şagirdlərə mövzuya əsasən məlumat verildi, birlikdə yeni güllər əkildi və onlara qulluq haqqında söhbət aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi