Son zəng tədbiri keçirildi

Məktəbdə 2024-2025 ci tədris ilinin “Son zəng” tədbiri təşkil olundu. Tədbirdə məktəb kollektivi , şəhid valideynləri və Səbail Rayon İcra Aparatının nümayəndəsi Nicat Quliyev iştirak etdi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsnin bir dəqiqəlik sükutla yad olundu .
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tərlan Bayramova rəhbərlik eydiyi təhsil müəssisəsinin 2024-2025-ci tədris ilində qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışdı,
məzunları “Son zəng” münasibətilə təbrik etdi. Tədbirdə iştirak edən qonaqlar məzunlara xoş arzularını bildiridilər, onlara gələcək həyat və təhsillərində yüksək nailiyyətlər arzuladılar.
Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirildi sonda birincilərin ifasında sonuncu zəng səsləndirildi .