Tədris ilinin yekununa dair Pedaqoji şura iclası keçirildi

Məktəbin akt zalında 2024-2025-ci tədris ilinin yekunu ilə bağlı pedoqoji şuranın növbəti iclası keçirildi. İclas Azərbaycan Dövlət Himninin oxunması ilə başlandı. Məktəbin direktoruTərlan Bayramova iclası öz çıxışı ilə açıq elan etdi. 2024-2025 ci tədris ilində məktəbdə tədris və təlim-tərbiyə prosesinin müvafiq əmr və təlimatlara uyğun təşkil olunduğu və bu istiqamətdə görülən işlər barədə, şagirdlərinin nailiyyətləri, olimpiada nəticələri IV, IX, XI sinif buraxılış imtahanlarının nəticələri barədə, tədris ili ərzində məktəbin qazandığı uğurlar barədə pedoqoji kollektivə məlumat verdi. Bu işdə əməyi olan hər bir müəllimə təşəkkürünü bildirdi. Təlim- tərbiyə işləri üzrə direktor Şəhla Hüseynova V-XI siniflər üzrə siniflərin təlim nəticələri, biliyi qiymətləndirilməyən, yay tapşırığı alan şagirdlərin təlim nəticələri və digər işlər barədə hesabatı dinlənildi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Kifayət Məmmədova I-IV siniflərdə fəaliyyət planına uyğun görülən işlər barədə siniflərin nəticələri haqqında hesabat verdi. Məktəbin təşkilatçısı Səadət Alışova fəaliyyət planına uyğun görülən işlər, şagird davranış qaydalarının tətbiqi barədə hesabat verdi.
Sonda fəaliyyətində fərqlənən müəllimlər rəhbərlik tərəfindən dəyərləndirildi.