30 Oktyabr Repressiya Qurbanları Günüdür

Tariximizdə baş vermiş ən böyük faciələrdən biri də repressiya olmuşdur. Bu gün məktəb kitabxanasında repressiya qurbanları yada salındı. Kitabxana müdiri Hafizə Abdullayeva öz çıxışında repressiyanın Azərbaycanın intellekt potensialına necə sarsıdıcı zərbə vurduğunu, bu dövrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli simalarının məhv edildiyini, repressiyanın yaratdığı şərait, repressiya qurbanları olan şair, yazıçı, ziyalılar haqqında məlumat verdi. O, gənc şairimiz Mikayıl Müşfiqin həyat və yaradıcılığından, onun şeirlərindəki yüksək həyat eşqindən,sevginin yenilməzliyi, möhtəşəmliyi, insan ürəyində mərhəmət hissini  yaratdığından söhbət açdı. Kitabxanaçı Raidə Babayeva şagirdlərə bu ziyalılar haqqında yazılmış ədəbiyyatdan söhbət açıb, onlara biblioqrafik tövsiyyələr verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi