30 Oktyabr Repressiya Qurbanları Günüdür

    Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də repressiya olmuşdur. Bu gün məktəb kitabxanasında repressiya qurbanları yada salındı. Kitabxanaçı Hafizə Abdullayeva öz çıxışında repressiyanın Azərbaycanın intellekt potensialına necə sarsıdıcı zərbə vurduğu haqqında məlumat verdi. Məktəbin ədəbiyyat müəllimi Səadət Alışova repressiyanın yaratdığı şərait haqqında, repressiya qurbanları olan şair, yazıçı, ziyalılar barəsində məlumat verdi. Şagirdlərdən Tərgül Sadıqlı, Adilə Abışova, Nuray Adıgözəlova, Elvira Məmmədova, Hüseyn Həşimli, Nərmin Həsənova, Anar Kətənov, Elariz Nəhmətli repressiya qurbanları haqqında məlumat verib, şairlərin şeirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi