1 İyun- Uşaqların Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi

Məktəbdə 1 İyun- Uşaqların Müdafiəsi Günü ilə bağlı " Gələcəyin qurucuları " adlı tədbir keçirildi. Tədbirin keçrilməsində məqsəd uşaqların müdafiəsi, uşaq hüquqları ilə bağlı dövlətin həyata keçirdiyi siyasətin diqqətə çatdırılması idi. Tədbirdə məktəbin direktoru Tərlan Bayramova çıxış edərək uşaqların bayramını təbrik etdi, onlara sülh və əmin-amanlıq arzuladı, dövlətin uşaqlara göstərdiyi diqqət və qayğısından danışdı. Bildirdi ki, uşaqların sevinci bizim sevincimizdir, onların fiziki və mənəvi cəhətdən sağlam, xoşbəxt böyüməsi bizim də xoşbəxtliyimizdir. Daha sonra məktəbin istedadlı şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olundu. Sonda tədbir iştirakçıları Təşəkkürnamə ilə təltif edildilər.