Valideyinlərlə iclas keçirildi

Məktəbdə valideynlərlə iclas keçirildi. İclasda valideynlərin nəzərinə MÜTDA və BŞTİ-nin “ Son zəng” tədbiri ilə bağlı yeni təlimatlar çatdırıldı, müvafiq qərarlar qəbul edildi. İclas məktəb rəhbərliyi tərəfindən tədbir öncəsi 11-ci sinif valideynlərini məlumatlandırmaq məqsədi ilə keçirilib. “Son zəng” tədbirinin həm əlamətdar, həm də həssas bir gün olduğunu vurğulayaraq məzunlarımızın valideynlərinə, eləcə də müəllimlərə bu məsələyə daha diqqətlə yanaşmaq və neqativ hallara yol verməməyin vacib olduğu bildirildi. Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.