“Narkomaniya bəşəriyyətin bəlasıdır”

Noyabrın 4 də məktəbimizdə Səbail RPŞ-nin, DİN-nin mətbuat xidmətinin, Ambudsman aparatının əməkdaşlarının iştirakı ilə tədbir keçirildi. Tədbiri məktəbimizin direktoru Tərlan Bayramova açıq elan etdi və sözü qonaqlara verdi. Tədbirdə polis mayoru G.Əliyeva “Həddi- buluğa çatmayanların siqaret çəkməsinin aradan qaldırılması və tütünün sağlamlığa mənfi təsiri” haqqında çıxış etdi. Ambudsman aparatının əməkdaşı və RİH-nin azyaşlılar üzrə komissiyasının nümayəndəsi, “Valideynin məktəbə dəvət edilməsi və bu məqsədlə fərdi söhbətlər aparılması, uşaqlara hüquq və vəzifələrinin öyrədilməsi” mövzusunda məlumat verdi. Tədbirin sonunda qonaqlar şagirdləri maraqlandıran sualları cavablandırdı.