"15 SENTYABR - BİLİK GÜNÜ"

C. Əskərov adına 50 nömrəli tam orta məktəbdə 2024/2025-ci tədris ili Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı və torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbiri məktəbin direktoru Vəfa Məmmədova açıq elan etdi." Bilik Günü"ndə iştirak edən müəllimləri, valideynləri,I sinifə ilk qədəmlərini qoyan məktəbliləri və bütün şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi,onlara uğurlar arzuladı. Sonra 2024-2025-ci tədris ilində məktəb məzunlarının qəbul imtahanında göstərdiyi nəticələrdən, yeni dərs ilində qarşıya qoyulan məqsədlər ümumtəhsil məktəblərində ilk dərsin “Yaşıl dünya naminə həmrəylik ili”mövzusuna həsr olunacağını çıxışında bildirdi danışdı. Daha sonra 1-cilərin ifasında şeirlər, rəqslər səsləndirildi və ilk zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi