Yeni tədris ili ərəfəsində

2024-2025-ci yeni tədris ili ərəfəsində C. Əskərov adına 50 nömrəli tam orta məktəbə  Bibiheybət qəsəbəsinin xeyriyyəçi iş adamı Xanlar Hüseynov tərəfindən həyətyanı sahədə əyləşmək üçün 2 ədəd skamya, məktəb daxilində istifadə etmək üçün 8 ədəd zibil qabı bağışlanıb. Qeyd edək ki, xeyriyyəçi iş adamı əvvəlki illərdə məktəbin universitetə qəbul olan şagirdlərini müxtəlif pul mükafatları ilə təbrik etmiş, həmçinin məktəbə maddi dəstək göstərmişdir. Buna görə məktəb rəhbərliyi və kollektivi adından Xanlar Hüseynova dərin təşəkkür və minnətdarlığımızı bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi