2024-2025-Cİ TƏDRİS İLİNİN İLK PEDAQOJİ ŞURASI TƏŞKİL OLUNDU.

13.09.2024-cü il tarixində məktəbin akt zalında Pedaqoji Şuranın 1 nömrəli iclası keçirildi.İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra  məktəbin direktoru Vəfa Məmmədova çıxış edərək pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, pedaqoji heyətə yeni tədris ilində uğurlar arzuladı. Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək bilik nümayiş etdirərək məktəbə təyinat almış müəllimlər kollektivə təqdim olundu və "Müəllim andı" dinlənildi. Daha sonra Vəfa müəllimə kollektivi Pedaqoji Şuranın gündəlikdə duran məsələləri ilə tanış etdi. Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmrini kollektivin diqqətinə çatdırdı.
Təlim tərbiyə işləri üzrə direktor müavini Ema Bayramova 2023-2024-cü tədris ilinin yekunları, I-XI sinif şagirdlərinin komplektləşdirilməsi, IX-XI sinif şagirdlərinin buraxılış imtahan nəticələri və təhlili barədə müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi