eTwinning Plus çərçivəsində layihələrimiz Avropa Keyfiyyət Nişanına layiq görüldü

Ötən tədris ilində məktəbimizin bir qrup müəllimi -Köçərli Zülalə, Şamilova Sahibə, Səfərova Elza eTwinning Plus çərçivəsində işlədikləri layihələrə göre Avropa Keyfiyyət Nişanlarına layiq görülmüşlər.
Layihənin əsas məqsədi iki qardaş dövlətin Azərbaycan və Türkiyənin qəhrəmanlarını şagirdlərə tanıtmaqdır. Burada Azərbaycanın Birinci Qarabağ müharibəsi qəhrəmanları, İkinci Qarabağ müharibəsi qəhrəmanları və xalq qəhrəmanlarından danışılırdı.