“2023-2024 – cü tədris ilinin yekununa dair Pedaqoji Şura iclası”

27 iyun 2024 - cü ildə Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq Pedaqoji Şura iclası keçirildi. İclasda müəllim kollektivi və inzibati heyət iştirak etdi. Məktəb Pedaqoji Şura iclası məktəbin direktoru Elza xanım Bağırzadənin çıxışı ilə başladı. Elza xanım çıxışında 21,22 və 24 iyun tarixlərində təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimləri təbrik etdi ,müsahibə mərhələsində onlara uğurlar arzuladı.

İclasda 2023/2024-cü tədris ilinin yekunları, şagirdlərin göstərdiyi təlim nailiyyətlərinin nəticələri, il ərzində həyata keçirilən "Yaşıl dünya naminə həmrəylik ili", "Yeniləşən məktəb", " Məhəmməd Füzuli-530"illiyi ,Valideyn-müəllim-şagird üçbucağı” layihələri çərçivəsində görülən işlər, təlim-tərbiyə prosesinin və şagird davranış qaydalarının tətbiqi vəziyyəti barədə hesabatlar və çıxışlar dinlənildi.. 2023-2024 cü tədris ilində məktəbdə tədris və təlim-tərbiyə prosesinin müvafiq əmr və təlimatlara uyğun təşkil olunduğu və bu istiqamətdə görülən işlər, IX və XI sinif buraxılış imtahanlarının nəticələri , şagirdlərin təlim nailiyyətləri, olimpiada nəticələri, tədris ili ərzində məktəbin qazandığı uğurlar barədə pedoqoji kollektivə ətraflı məlumat verildi. Məktəbin direktoru Elza Bağırzadə bu işdə əməyi olan hər bir müəllimə təşəkkürünü bildirdi. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Şəhla Həsənova,Aysel Əlibəyli,Xanım Mollayeva fəaliyyət planına uyğun görülən işlər, siniflərin nəticələri haqqında hesabat verdilər.Məktəbin uşaq birliyi təşkilatı rəhbəri Rüfanə Zərbəliyeva “Şagird Davranış Qaydaları”layihəsinin illik hesabatı haqqında məlumat verdi. 2023-2024- cü dərs ilinə dair hesabatlar dinlənildikdən sonra müəllimlərin fikir və təklifləri, qarşıda duran cari məsələlər müzakirə edildi. Sonda məktəbin direktoru Elza xanım Bağırzadə məktəbimizin bu il qazandığı uğurlar münasibəti ilə kollektivi təbrik etdi, müəllimlərə xoş istirahət arzuladı və 2023-2024-cü tədris ilinə yekun vuruldu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi