“GİLAN HOLDİNG” MMC №1 çörək zavoduna ekskursiya

   Noyabrın 13-də məktəbin ibtidai sinif müəllimi Nuridə Xanmirzəyevanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi 2 "Ç" sinif şagirdlərinin “GİLAN HOLDİNG” MMC №1 çörək zavoduna ekskursiya təşkil etmişdir. Zavodun əməkdaşı ekskursiya zamanı şagirdlərə texnologiyanın köməyi ilə çörəyin necə əldə olunması və onlara müxtəlif çörək çeşidləri haqqında məlumat verdi. Şagirdlər laboratoriyada unun keyfiyyətinin yoxlanılması prosesində iştirak ediblər hazırlanan çörək və çörək-bulka məmulatlarının nümunələrinə baxıblar.

   Hazırlanma texnologiyası ilə yaxından tanışlıq şagirdlərdə həm əməyə qiymət, həm də müqəddəs nemət olan çörəyə dəyər vermək hissini bir qədər də artırdı.

   Çörəyin hazırlanması prosesi şagirdlər tərəfindən maraqla izlənilib. Bu ekskursiya şagirdlərdə xoş təəssüratlar yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM