18 Oktyabr - Dövlət Müstəqilliyi Günüdür

    Oktyabrın 18-də məktəbin konfrans zalında “18 oktyabr - Dövlət Müstəqillik Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Budaqova bu günün tarixi haqqında məlumat verərək dövlət müstəqilliyimizin keçdiyi yola diqqət çəkib. Bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa olunub. Bu gün müstəqil Azərbaycan Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir. Məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır.

    Arzu Zeynalovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 5 “A” sinfinin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər, mahnılar ifa edib, səhnəciklər göstəriblər. Tədbirin sonunda dövlətimizin müstəqillik əldə etdikdən sonra 28 il ərzində keçdiyi inkişaf yolundan, qazandığı yüksək nailiyyətlərdən bəhs edən videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi