“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirdi

    Oktyabrın 14-də məktəbin akt zalında FHN-in Bakı Regional Mərkəzi “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirdi. Tədbirdə Dövlət Yanğından Nəzarəti Xidmətinin böyük təlimçisi Nizami Fərəcov, FHN-in Bakı Regional Mərkəzinin baş zabiti baş leytenant Məhəmməd Əliyev,  2-ci ərazi Dövlət Yanğından Nəzarəti Stansiyasının böyük inspektoru Fəqan Axundov, məktəbin direktoru Sevinc Budaqova və şagirdlər iştirak etdi. Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti” mövzularında çıxışlar edildi, mövzulara aid videoçarxlar nümayiş olundu. Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi