Valideynlərlə görüş

  Oktyabrın 11-də məktəbdə valideyn iclası keçirildi. İclasda IX-X sinif şagirdlərin valideynləri, məktəbin direktoru Sevinc Budaqova, məktəbin müəllimləri istirak etdilər.

  Məktəbin direktoru Sevinc Budaqova valideynlərlə görüş zamanı şagirdlərin davamiyyəti, nizam-intizamı, onların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə aparılan işlər və gələcək üçün görüləcək işlərdən, valideyn, məktəb və müəllim münasibətlərinin tənzimlənməsi, valideynlərin məktəblə sıx əlaqə saxlaması, zəif nəticə göstərən şagirdlərin üzərində ciddi iş aparılmasının vacibliyini diqqətə çatdırdı, həmçinin məktəbli forması, məktəbli kitabçası haqqında ətraflı söhbət apardı. Sonda valideynlərin təklifləri və sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi