5 Oktyabr-Müəllimlər Günü

   Oktyabrın 4-də məktəbimizin akt zalında “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirildi.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.

   Tədbirdə şagirdlərin ifasında mahnı, şeir və rəqslər göstərildi. Şagirdlərin müəllimlər üçün hazırladıqları təbriklər dinlənildi. Müəllimlərə olan ən xoş arzularını, diləklərini vurğuladılar.

   Tədbirin sonunda söz məktəbin direktoru Sevinc xanım Budaqovaya verildi. Müəllimləri bu gün münasibətilə təbrik etdi, onlara çətin, amma şərəfli peşələrində müvəffəqiyyətlər  arzuladı.O, tədbiri harızlayan və çıxış edən bütün şagirdlərə müəllim kollektivi adından öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi