MƏKTƏBİMİZİN YENİ UĞURU
Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə məktəbimizin direktoru Budaqova Sevinc Budaq qızı Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Məktəbin pedaqoji kollektivi adından Sevinc xanım Budaqovanı ürəkdən təbrik edir və gələcək fəaliyyətində daha böyük uğur və nailiyyətlər arzulayırıq.