21 sentyabr "Beynəlxalq Sülh Günü"

        21 sentyabr "Beynəlxalq Sülh günü"dür. Dünya ölkələrinin qərarı ilə BMT 1981-ci ildən bu günün "Beynəlxalq Sülh günü" kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sülh dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanların bir - birini anlaması, bir - birinə xoş münasibətidir. Sülh - əmin - amanlıq, qurub - yaratmaq, dinclikdir. Beynəlxalq Sülh günü ilə əlaqədar ölkəmizdə də bir sıra maraqlı tədbirlər keçirilir.

        Bununla əlaqədar sentyabrın 20-də  məktəbin  5 “A” sinfində diskussiya xarakterli dərs keçirildi. Diskussiyada tarix müəllimi Ağayeva Sevinc və  informatika müəllimi Mustafayeva Səringül şagirdlərə “Beynəlxalq Sülh Günü”, beynəlxalq aləmdə baş vermiş hadisələr, Azərbaycanın Qarabağ problemi barədə şagirdlərə geniş məlumatlar verdilər.

        Diskussiyanın keçirilməsində məqsəd şagirdlər arasında sülh ideyalarını yaymaq və onların əsil sülhsevər vətəndaş kimi formalaşmasına nail olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi