Bilik günü

     Sentyabrın 16-da məktəbdə ənənəvi “Bilik günü” tədbiri keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının  birinci müavini Gülarə Verdiyeva, müəllim və valideyn heyəti iştirak etdi.

     Tədbir Azərbaycan Dövlət Himni ilə başladı. Məktəbin direktoru Sevinc Budaqova məktəbin nailiyyətləri haqqında ətraflı çıxış etdi və 1-ci sinifləri, onların valideynlərini və məktəbin bütün kollektivini təbrik etdi.

     Nəsimi rayon İcra Hakimiyyəti Başçısının  birinci müavini Gülarə Verdiyeva  məktəbə ilk dəfə qədəm basan birinciləri və onların valideynlərini, bütün pedaqoji heyəti Nəsimi rayon İcra Hakimiyyəti adından təbrik etdi və təhsilə olan dövlət qayğısından danışdı.     

    Məktəbə ilk dəfə qədəm qoyan balaca fidanlar şeirlər söyləyib Vətənə, məktəbə, elmə olan sevgilərini ifadə etdilər. Məktəbin öz fəaliyyət kollektivi rəqs etdilər, mahnı oxudular və sonda birincilər üçün "İlk zəng” vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi