Şamaxı şəhərinə ekskursiya

     Şagirdlərin səmərəli vaxtlarının təşkili məqsədilə iyunun 23-də məktəbin 4 “B” və 4 ”C” şagirdlərinin sinif rəhbərləri Sevinc Babayeva, Ofeliya Xasayevanın təşkilatçılığı ilə Şamaxı şəhərinə ekskursiyası təşkil edildi. Şamaxı Azərbaycanın dilbər guşələrindən biridir. Burada yazıb yaratmış onlarca  tanınmış görkəmli insanlar var. Şamaxının ən məşhur yerlərindən biri də Şamaxı Astrofizika Rəsədxanasıdı. Rəsədxana işçiləri şagirdləri qarşılayaraq, teleskop olan kabinəyə aparıb ətraflı məlumat veriblər. Şagirdlər rəsədxana muzeyinə daxil olub, çox maraqlı məlumatlar əldə etdilər.

     Sonda şagirdlər ekskursiyanı Şamaxı Tarix-Diyarşünaslıq muzeyində davam etdirdilər. Ölkəmizin zəngin tarixini əks etdirən sərgi və eksponatlarla tanış oldular. Muzey əməkdaşları tərəfindən ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumat verildi. Şagirdlərimiz gəzintidən yüksək əhval-ruhiyyə ilə qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi