“Sağ ol məktəb, əlvida 1-ci sinif!”adlı tədbir keçirildi

   İyunun 7-də məktəbin 1 “B” sinif şagirdlərinin təşkil etdiyi “Sağ ol məktəb, əlvida 1-ci sinif!” adlı tədbir keçirildi. Birincilər, valideynlər, müəllimlər və məktəbin digər sinif şagirdləri qarşısında möhtəşəm çıxış etdilər.

   Tədbirdə  şagirdlər mahnılar, şeirlər və səhnəciklərlə öz istedadlarını nümayiş etdirdilər.

   Sonda məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova və sinif rəhbəri Sevinc Paşayeva çıxış etdilər. Onlar şagirdlərə gözəl çıxışlarına görə minnətdarlıq bildirdilər və müvəffəqiyyətlər arzuladılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi