“28 may Respublika günü” və “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan tədbir

       Mayın 29-da məktəbin 3 “A” sinif şagirdləri sinif rəhbərləri Sevda Heydərovanın  rəhbərliyi ilə “28 may Respublika günü” və “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan tədbir hazırlamışdılar. 28 may Respublika günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərin verdiyi məlumatlarla yanaşı, tədbirin bədii hissəsində ifa olunan şeir, musiqi və rəqs nömrələri də tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.

      Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik hissini daha da gücləndirmək, dövlətin tarixi keçmişi ilə tanış olmaq, Şərqdə ilk Demokratik Cümhuriyyət qurmuş xalqımızın möhtəşəm tarixinə nəzər salmaq, özünəinam, dostluq, birlik, sülhsevərlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini tərbiyə etmək və müsbət əhval-ruhiyyə yaratmaq idi.

     Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlyas Məmmədov və təşkilatçı müavin Validə Sarıyeva çıxış edərək şagirdləri hazırladıqları tədbirə və çıxışlara görə öz minnətdarlığını bildirdilər, şagirdlərə müvəffəqiyyətlər arzuladılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi