Şagirdlərin məişət tullantılardan əl işləri

     Mayın 24-də məktəbin 3 “Ç” sinif şagirdlər və ibtidai sinif müəllimi Zəminə Hüseynovanın rəhbərliyi altında istifadəyə yararsız materiallardan yaratdıqları əşyalardan ibarət tədbir keçirdib əl işləri təqdim etdilər. Əvvəlcə şagirdlər əldə etdikləri biliklər haqqında məlumat verdilər və hazırladıqları işləri təqdim etdilər.Əsasən şüşə və plastik qablardan, kartondan, müxtəlif rəngli kağızlardan, parça qalıqlarından istifadə etdilər. Onlar bir daha məişət tullantılarının lazımsız əşyalar toplusu olmadığını öz yaratdıqları nümunələrlə sübut etdilər.

      Bu tədbirin keçirilməsində məqsəd məişət tullantılarının ətraf mühitə təsiri və təkrar emalı yollarını, şagirdlərin əl işlərini, bacarıq və qabiliyyətlərini nümayiş etdirməkdir. Hər il ölkəmizdə 1.5 mln tona yaxın istehsalat və məişət tullantıları yaranır, həmin tullantılardan 20%-i təkrar emal edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi