Faşızm üzərində Qələbənin 74-cü ildönümü qeyd olundu

     Böyük Vətən Müharibəsi və 9 May faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə məktəbimizin 8 “A”, və 10 “B” sinif şagirdləri məktəbin hərbi rəhbəri Vaqif Abbasov və Azərbaycan dili və ədəbiyyat müəllimi Gülmirə Məmmədovanın rəhbərliyi altında Nəsimi rayonu ərazisində yerləşən 1941-1945 Böyük Vətən Müharibəsinin Qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər.

     Şagirdlər 9 May Qələbə gününə həsr olunmuş şeirlər söylədilər və mahnılar oxudular. Böyük Vətən Müharibəsində həlak olmuş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər abidənin qarşısına tər qərənfil qoydular.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi