"1 Mart - Ümumdünya Mülki Müdafiə Günü" qeyd olunub

     "Ümumdünya Mülki Müdafiə Günü" - 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Mülki Müdafiə Günü hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir.

      Məktəbimizdə də bu gün- Beynəlxalq Mülki Müdafiə günü qeyd olundu. Məktəbin hərbi rəhbəri Vaqif Abbasov 5,6,7,11-ci sinif şagirdlərinə fövqəladə hallar zamanı davranış qaydaları haqqında təlimat verib, şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb. Mövzu ilə bağlı videofilm nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi