“Məni xoşbəxt eyləyən, Öz sevimli dilimdir” adlı tədbir keçirildi

     Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.  Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

   Fevralın 20-də məktəbimizin konfrans zalında 4 “A” sinif şagirdləri, sinif rəhbəri Bahar Babayeva və musiqi müəllimi Kəmalə Qədimovanın təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq Ana dili günü ilə əlaqədar olaraq “Məni xoşbəxt eyləyən, Öz sevimli dilimdir” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Sevinc Budaqova, təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova, müəllimlər, valideynlər, təcrübəçi tələbələr iştirak edirdilər.

    Tədbirdə dahi şairlərimizin dilə həsr olunmuş şeirləri,aqillərin dillə bağlı müdrik kəlamları səslədirildi. Ölməz şairimiz S.Vurğunun “Vaqif” və M.Rahimin “Xaqani” əsərindən səhnələr göstərildi. Eyni zamanda unudulmaz Ü.Hacıbəylinin ecazkar musiqisindən parçalar eşidildi. Şagirdlərin ifasında gözəl, şən rəqslər nümayiş etdirildi.

    Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova Beynəlxalq Ana dili günü münasibətilə hamını təbrik edib və bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mükəmməl təhsil almasında öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

 

https://www.youtube.com/watch?v=HDUmA_0o6dc

https://www.youtube.com/watch?v=sxDxISuR1b4

https://www.youtube.com/watch?v=jDFFf2gNXhk

https://www.youtube.com/watch?v=CVneB0JgjFU

https://www.youtube.com/watch?v=KhQVEL78sTk

https://www.youtube.com/watch?v=xkHr2xoAemg

https://www.youtube.com/watch?v=WHGhqO43UE0

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi