1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 Dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
 Məktəbin 2 C sinif şagirdləri sinif rəhbəri Ofeliya Xasayevanın təşəbbüsü ilə sinif otağında tədbir keçirdilər. Şagirdlər 5 komandaya bölünərək Afrika və Avropa qitəsinin 5 ölkəsindəki uşaqların təhsili, yeməkləri, yaşayışları barədə təqdimatlar, slaydlar hazırlamış, ölkələrin milli paltarlarını geyinmiş, onlara məxsus yeməklər gətirərək ətraflı məlumatlar vermişdilər. Həmçinin istedadlı şagirdlər şeirlər səsləndirmiş, ökələrin milli rəqslərini nümayiş etdirmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi