"Son zəng" tədbirinin təşkil edilməsi qaydaları haqqında valideynləri maarifləndirmək məqsədilə iclas keçirildi

"Son zəng" tədbirinin təşkil edilməsi qaydaları haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktubuna əsasən 11-ci sinif şagirdlərinin valideynlərini məlumatlandırmaq və maarifləndirmək məqsədilə valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Sevinc Budaqova "Son zəng" tədbiri 14 iyun tarixində səhər saat 10-12 arasında keçirilməli, təhlükəsiz şəraitdə keçirilməsi təmin olunmalı, şagirdin xarici görkəminin və geyiminin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalı olduğu haqqında məlumatlar verdi.
Sonda Sevinc Budaqova valideynləri təbrik etdi, 11-in məzunlarına gələcək həyatlarında uğurlar arzuladı.