28 May – Müstəqillik Günüdür

 28 May – Müstəqillik Günü xalqımızın tarixi yaddaşında azadlıq və milli dövlətçilik uğrunda mübarizənin simvoludur. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşmüşdür. Bu tarixi hadisə milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsi idi.
 Bu tarixi gün münasibətilə məktəbin konfrans zalında tarix müəllimləri və tarix fənni üzrə təcrübədə olan Azərbaycan Pedoqoji Univerisitetinin tələbələri tərəfindən tədbir keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, fənn müəlimləri, təcrübədə olan tələbələr və şagirdlər iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Ardınca şagirdlər çıxışlar etdi, şeirlər səsləndirdi, rəqslər nümayiş etdirdi və videosujetə tamaşa etdilər. Tədbir tarix müəllimləri Sevinc Ağayeva, Yeganə Ağayeva və tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyevanın çıxışı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi