18 May - Beynəlxalq Muzeylər Günüdür

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 5.5.4-cü bəndlərindən biri olan "Türk tarixinə səyahət" mövzusu ətrafında dərs keçirildi. Uşaq birliyi rəhbəri Süsən Məmmədova 8 A sinfində həm 18 May - Beynəlxalq Muzeylər Günü, həm də tarixi torpaqlarımıza virtual səyahət məqsədilə slaydlar hazırlamışdı. Mövzu Şuşa şəhərdində yerləşən muzeylər - Xalça muzeyi, Bülbülün ev muzeyi, Üzeyr Hacıbəyovun ev muzeyi, Şuşa dövlət rəsm qalereyası, Şuşa Şəhəri Tarix Muzeyi, Şuşa Dərman Bitkiləri Muzeyi haqqında idi. Sonra isə şagirdlərlə indiyə kimi getdikləri, gördükləri muzeylər haqqında maraqlı müzakirələr aparıldı.