Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirildi

Tədbirlər planında öz əksini tapan fövqaladə hallar zamanı, Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirildi. 9 C sinfinin istedadlı şagirdləri Əlizadə Tuana, İmaməliyeva Nuşafərin, Makarova Stefani tərəfindən 5 C və 6 Ç siniflərində tədbir keçirildi. Slaydlar, təqdimatlar, videomateriallar əsasında təşkil olunan maarifləndirmə tədbirində məktəbin rəhbərliyi, biologiya müəllimləri, sinif rəhbərləri iştirak edirdi. Şagirdlər mövzu ətrafında məlumatlandırıldıqdan sonra, onları maraqlandıran suallar cavablandırıldı, daha sonra isə tərtib etdikləri suallarla şagirdlərin biliklərini daha da möhkəmləndirdilər.