"Sağlam nəsil - parlaq gələcək" layihəsi çərçivəsində tədbirlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 4.03.2025-ci il tarixli 3-29-56/3-2-107/2025 nömrəli əmrinə əsasən "Sağlam nəsil - parlaq gələcək" layihəsi çərçivəsində "Zərərli vərdişlərə yox deyək!" mövzusunda əsaslı mütəxəssislərlə şagirdlərin görüşləri təşkil olundu. Nəsimi RPİ İTŞ-nin YYÇ-la PİTB-nin ispektoru, polis mayoru Yeganə Zeynalova, Nəsimi RPİ İTŞ-nin YYÇ-la PİTB-nin ispektoru, polis baş leyntenantı Ziba İbrahimova siniflərdə şagirdlərlə zərərli vərdişlər, sağlam həyat tərzi, məktəb nizam-intizam qaydalarına riayət və s. movzularda profilaktik söhbətlər apardılar.