"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində ekskursiyalar həyata keçirilir

Milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hər tərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyllərinin gücləndirilməsi məqsədilə Bakı Şəhəri Təhsil İdarəsinin Əsasnaməsinin 5.5.4-cü bəndində nəzərdə tutulan "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində məktəbdaxili və məktəbxarici tədbirlər keçirilməyə davam etdirilir. "Türk tarixinə səyahət" adlı fəaliyyətin gürüləcək işləri nəzərə alınaraq 3 Ç sinfi sinif rəhbərləri Nuridə Xanmirzəyevanın təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna canlı səyahət həyata keçirdi.
Həmçinin "Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu" nəzərə alınaraq ekskursiyada valideynlər yaxından iştirak edərək sağlam ailə əlaqələrinin və dəyərlərinin əhəmiyyətini, ailələrin və məktəblərin əməkdaşlığı çərçivəsində birgə proqramlara qoşulmanın faydalarını əyani olaraq göstərdilər.