"2025-ci il Konstitusiya və Suverenlik ili" ilə bağlı məktəb Kiçik Akademiyasının konfransı keçirildi

 Məktəbin konfrans zalında Kiçik Akademiyanın üzvləri, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və uşaq birliyi rəhbəri Süsən Məmmədovanın iştirakı ilə "2025-ci il Konstitusiya və Suverenlik ili" ilə bağlı tədbir keçirildi. Tərbiri ilk öncə Aidə Quliyeva açıq elan etdikdən sonra akademiyanın prezidenti tarix müəllimi Sevinc Ağayeva konstitusiyanın ilk qəbul olma tarixindən bu günə kimi keçdiyi mərhələlər haqqında danışdı. Ardınca akademiyanın üzvləri "Konstitusiyamıza edilən əlavə və dəyişikliklər", "2025-ci il ölkəmizdə Konstitusiya və Suverenlik ilidir", "Konstitusiya dövlətin əsas qanunudur", "Konstitusiya və suverenlik müstəqil dövlətin varlığıdır", "Konstitusiya dövlətin milli sərvətidir", "Demokratiya və azadlıq yolunda" adlı təqdimatlar əsasında çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi