"Yaşlı insanlara necə qayğı göstərməliyik" mövzusunda söhbət aparıldı

Uşaq birliyi rəhbərinin fəaliyyət planında öz əksini tapan, aprel ayı ərzində yerinə yetirilməsi nəzərdə tutulan yaşlılara qayğı və qulluq etmək mövzusunda söhbətlər aparıldı. Uşaq birliyi rəhbəri Süsən Məmmədova 6 A və 8 B siniflərində şagirdlərlə yaşlılara müvafiq qayğının göstərilməsı, onlarla birlikdə vaxt keçirməyin onlar üçün vacibliyi, idmanın onların fiziki və ruhi sağlamlıqlarına təsirini xatırlatmaları, onların ictiami fəaliyyətlərə qoşulmağa həvəsləndirmələri, texnologiyadan düzgün istifadə etmələri üçün onlara kömək etmələri, onların "şəxsi zona"larına hörmətlə yanaşmalı olduqları barədə həm əyani, həm də təqdimatlar əsasında söhbətlər apardı.
Şagirdlər də öz növbələrində birlikdə yaşadıqları nənə-babaları haqda, nənə-babalarından uzaqda yaşayan şagirdlər tətillərdə onların yanlarına getdikləri haqda, həmçinin qonşuluqlarında olan yaşlı insanlara necə diqqətlə və qayğı ilə yanaşdıqları haqda danışaraq söhbəti daha da maraqlı etdilər.