4-cü siniflərdə monitorinq keçirildi
24 aprel tarixində 4-cü siniflərdə tədris dili və riyaziyyat fənnindən, hər fənndə 2 variant, 20 sual olmaqla monitorinq keçirildi. Monitorinq təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova tərəfindən aparılırdı. Sualları cavablandırmaq üçün şagirdlərə 90 dəqiqə vaxt verilmişdir.