"Sağlam nəsil-parlaq gələcək" layihəsinə start verildi

 Təhsilalanlara sağlam və fəal həyat tərzinin təbliğ edilməsi, gənclərin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi, idmanın şagirdlər arasında kütləviləşdirilməsi məqsədilə Bakı Şəhər üzrə Təhsil idarəsinin Əsasnaməsinin 5.5.4-cü bəndini rəhbər tutaraq "Sağlam nəsil - parlaq gələcək" layihəsi həyata keçirilir.
 Bu münasibətlə məktəbdə idman festival; təşkil olundu. İdman zalında baş tutan festivalda məktəbin idman nailiyyətləri olan bütün şagirdlər qazandıqları diplomlar, medallar, kuboklarla iştirak edirdi.
 Həmçinin qonaq olaraq idmançı müəllim qismində İdman ustalığına namizəd-kms ADBTIA müəllimi, tennis məşqçisi, məktəb müəllimi Elşən Fərəcov iştirak edirdi.
 Festivalda iştirak edən şagidlər məşğul olduqları idman növlərinə uyğun olaraq kiçik hissəciklər göstərdi, yarışlar keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi