Bədən Tərbiyəsi və İdman Günü münasibətilə voleybol yarışı keçirildi

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə məktəbin idman zalında təcrübədə olan tələbələr, idman müəllimləri və 9-cu sinif şagirdləri arasında mərhələli şəkildə voleybol yarışı keçirildi. Yarışın şəffaflığını təmin etmək məqsədilə uşaq birliyi rəhbəri Süsən Məmmədova yarışa nəzarət edirdi. Son nəticə olaraq təcrübədə olan tələbələrin komandası qalib gəldi.