"Dilimiz milli mənəviyyatımızdır" mövzusunda tədbir keçirilidi

 Məktəbin konfrans zalında "Dilimiz milli mənəviyyatımızdır" mövzusunda tədbir keçirilidi. Tədbirin əsas iştirakçıları məktəbin rus bölməsində təhsil alan şagirdlər idi. Müxtəlif milli mənsubiyyətə malik olan şagirdlər Azərbaycan dilində şeirlər ifa edib, bayatılar, aforizmlər söyləmişdilər. Şagirdlərin ifasında yaxın tariximizlə çox səsləşən Ə.Cəmilin "Nənə bir nağıl da de" şeri və səhnəciyi dinləyicilərin marağına səbəb olmuşdu.

 Tədbirin od çərşənbəsində qeyd edilməsi də təsadüfi deyildi. Tədbiri məktəbin Azərbaycan dili müəllimi Kəmalə Cəfərova və musiqi müəllimi Gülnarə Kərimova təşkil etmişdi. Tədbirin sonunda Kəmalə Cəfərova şagirdləri, xalqımızı bu gün münasibətilə təbrik etmiş, direktor müavini Aidə Quliyeva və Azərbyacan dili müəllimi İradə Ağayeva da təbriklərə qoşularaq tədbir iştirakçılarını, valideynləri təbrik etdilər. Sonda tədbir Azərbaycanın milli rəqsi Cəngi ile yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi