"Xocalıya Böyük Qayıdış" adlı tədbir keçirildi

 Məktəbin konfrans zalında Xocalı faciəsinin 33-cü ildönümünə həsr edilmiş tədbir keçirildi. "Xocalıya Böyük Qayıdış" adlı bu tədbirdə tariximiz, ağrı-acılarımız vərəq-vərəq xatırlandı. Zamanında, 1992-ci ilin bu tarixində qanla yazılıb, bu gün böyük bir "Zəfər"lə başa çatan soyqırım mübarizəmiz Alı Baş Komandanımız İlham Heydər oğlu Əliyevin rəhbərliyi, əmri, Qəhrəman Ordumuzun, igid vətən oğullarının şücaəti ilə 44 günlük bir zamanda Qələbə ilə başa çatdı.

 Tədbirdə iştirak edən 5-9-cu sinif şagirdləri öz çıxışları, söylədikləri qələbə, zəfər ruhlu şeirləri, hazırladıqları vətənpərvər mövzulu slaydları, vətənpərvərlik ruhunda oxuduqları mahnıları ilə bir daha sübut etdilər ki, nə bu faciəni unutmurlar, nə də heç vaxt unutmayacaqlar.

 Tədbirdə, faciəmizin 33-cü ildönümündə Xocalıda Azərbaycan bayrağının dalğalanması, Xocalı sakinlərinin öz yurd-yuvalarına qayıtması, sakinlərin sevinc, qürur hissləri və ən əsası şəhidlərimizin, qazilərimizin, canlı qəhrəmanlarımızın xatirəsinin əziz tutulması bir daha şagirdlər və müəllimlər tərəfindən vurğulandı.

 Tədbirin təşkilatçıları Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Paşayeva və musiqi müəllimi Leyla Cumayeva öz çıxışlarında Xocalı bu gün artıq "Xocalı Böyük Qayıdış proqramının bir səhifəsidir" fikirlərini ifadə edərək, prezidentimizin "Xocalıda bayrağı qaldıranda fikirləşdim, bax, bu gün tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı" fikrini vurğuladılar.

Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və direktor Sevinc Budaqova çıxışlar etdi, tədbir iştirakçıları ilə faciə ilə bağlı fikirlərini, təəssüratlarını bölüşdülər. Sonda xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi