Beynəlxalq Ana Dili Gününə həsr olunmuş bilik yarışı keçirildi

 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbin uşaq birliyi rəhbəri Süsən Məmmədova tərəfindən fəaliyyət planında öz əksini tapan bu mövzuya həsr olunmuş bilik yarışı keçirildi. Yarış rus bölməsi olan 4 Ç sinfində təşkil olunmuşdur. İlk öncə Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıldı, daha sonra şagirdlərə ana dili haqqında şeirlər yazan şairlərin əsərlərindən hissəciklər səsləndirildi.
 Ardınca isə bütün sinfə öncədən hazırlanmış suallar verildi və şagirdlər bildikləri sualların cavablarını qarşılarındakı vərəqlərə yazdılar. Cavablar yoxlanıldıqdan sonra şagirdlərin rəğbətləndirilməsi həyata keçiriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi