Şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələrini daim nəzarətdə saxlayırıq

Təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə şagirdlərin qadağan olunmuş əşyaları (kəsici və deşici alətlər, təhlükəli, zəhərli və tez alışan maddələr, kibrit və alışqanlar, siqaret, elektron siqaret, saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi qadağan olunmuş maddələr) məktəbə gətirməmələri ilə bağlı nəzarəti gücləndirərək və mütəmadi olaraq çantalara baxış keçirərək bu məsələni diqqətdə saxlayırıq.
Bu məqsədlə məktəbin direktor müavinləri, uşaq birliyi rəhbəri, valideyn komitələri fərqli siniflərdə çantalara baxış keçirmiş, məktəbə gətirilməsi qadağan olunan bir neçə vasitəni şagirdlərdən götürmüş, şagirdlərlə və valideynlərlə profilaktik söhbətlər aparmış və təhlükəsiz mühitin pozulmaması üçün tövsiyyələrini vermişdilər.