"Ceyhun Hacıbəyli və Azərbaycan mətbuatı" mövzusunda ədəbi disput keçirildi

Publisist, ədəbiyyatşünas, ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 3 fevral 1891-ci ildə Şuşada doğulmuşdur. Anım günü münasibətilə uşaq birliyi rəhbəri Süsən Məmmədova tərəfindən uşaq birliyi rəhbərlərinin aylıq iş planında öz əksini tapan "Ceyhun Hacıbəyli və Azərbaycan mətbuatı" mövzusunda məlumatlandırma xarakterli dərs keçirildi. 8 A sinfində keçirilən dərsdə əvvəlcədən Cehyun Hacıbəyli haqqında hazırlanmış təqdimat şagirdlərin nəzərinə çatdırıldı, onlara məlumatlar verildi, Azərbaycan və Azərbaycan xalqı üçün etdiyi fədakarlıqlar, yaradıcılığında yer verdiyi məqalələr haqqında müzakirələr aparıldı.