31 yanvar tarixində Pedoqoji Şuranın 3 nömrəli iclası keçirildi

 31 yanvar tarixində Pedoqoji Şuranın 3 nömrəli iclası keçirilib. İclasda məktəbin direktoru S.B.Budaqova 2024-2025-ci dərs ilində 1-ci yarımilin yekunları, sinif və elektron jurnalların işlənməsi vəziyyəti, valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, müəllimlərin etik davranış qaydalarına riayət olunması ilə bağlı geniş çıxış etdi.

Təlim tərbiyə işləri üzrə direktor müavinləri G.M.İsmayılova və L.Ələkbərova şagird naliyyətlərinin təhlili haqqında, 1-ci yarımilin nəticələri, 2-ci yarımildə qarşıda duran məsələlər haqqında, G.M.İsmayılova 6-cı və 7-ci siniflərdə təbiət və Azərbaycan tarixi fənnlərin tədrisi vəziyyəti barədə, tərbiyə işləri üzrə direktor müavini A.Quliyeva isə növbətçiliyin, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələrinə nəzarətin gücləndirilməsi, 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə bağlı çıxış etdi.

Carı məsələlər müzakirə olundu, qərarlar qəbul olundu.

Sonda Azad Həmkərlar təşkilatının sədri Əli Mazanov çıxış edərək digər mövzular barədə müəllimləri məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi