20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir

Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
Musiqi müəllimi Leyla Cumayeva, Azərbaycan dili müəllimi Gülmirə Məmmədova tərəfindən 7 B sinfində unudulmaz tarixi günə həsr olunmuş dərs keçirildi. Şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra Gülmirə Məmmədova şagirdlərə qanlı tarixi günlə bağlı ətraflı məlumat verdi. Daha sonra şagirdlər çıxışlar etdi və şeirlər söylədilər. Dərsdə həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova, tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova iştirak edirdi. Son olaraq isə Şəmistan Əlizamanlının ifasında "Ali Baş Komandanım" mahnısı xorda ifa olundu.