Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi keçirildi

 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

 Məktəbin 20 Yanvar faciəsinə həsr olunmuş guşəsinə istedadlı şagirdlər tərəfindən çəkilmiş şəkillər yerləşdirilərək sərgi keçirildi. Uşaq birliyi rəhbəri Süsən Məmmədova tərəfindən təşkil olunmuş sərgidə 2 C sinif şagirdləri çəkdikləri rəsmləri nümayiş etdirməklə yanaşı faciə qurbanlarına həsr olunmuş şeirlər də səsləndirdilər. Sonra sinif rəhbərləri Ofeliya Xasayeva şagirdlərə sərgidəki hər bir şəklin tarixçəsi barədə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi