Birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

15.01.2025-ci il tarixində 2024-2025-ci tədris ilinin 1-ci yarımili üzrə böyük summativ qiymətləndirmələr keçirilir.
Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Böyük summativ qiymətləndirmələrin nəticələri 100 ballıq şkala ilə ölçülür. Hər bir fənn üzrə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində 45-90 dəqiqə ərzində keçirilən böyük summativ qiymətləndirmə nəticəsində əldə edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.
BSQ-lərin təşkili ilə bağlı məktəb rəhbərliyi tərəfindən Təşkilat, Nəzarət və Yoxlama komisiyaları yaradılmışdır. Böyük summativ qiymətləndirmənin keçirilmə qrafiki təsdiqlənərək şagird və valideynlərin nəzərinə çatdırılıb.